Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı qəbul edib
Hərbi
6 Oktyabr , 2015 14:08
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı qəbul edib.

"Report" xəbər verir ki, Z.Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisinə iki ölkə arasında hərbi iş birliyinin inkişaf etməsindəki xidmətlərinə görə, "Hərbi əməkdaşlıq ali xidmət medalı"nı təqdim edib.

"Bu medalı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nişanəsi olaraq, daima qəlbimin üzərində daşıyacağam", - deyə Hulusi Akar bildirib.

H.Akar Azərbaycan Silahlı Qüvvələrinə uğurlarının davam etməsini arzulayıb.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığa dair məsələləri müzakirə edib. 

Son xəbərlər

Orphus sistemi