Nazirlik: Hərbi hissələrdə və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur

Nazirlik: Hərbi hissələrdə və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Ordusunun hərbi hissələrində və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur.
Hərbi
3 İyul , 2018 12:34
Nazirlik: Hərbi hissələrdə və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur
Müdafiə Nazirliyi
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Ordusunun hərbi hissələrində və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi infrastrukturun fəaliyyətinin tam şəkildə təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisinin verilişində hər hansı problem yarandıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür. Dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun bütün hərbi hissələrində, xüsusilə ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir.

Qeyd olunub ki, Müdafiə Nazirliyi ehtiyac yaranacağı halda mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də fəaliyyətinin təmin olunması üçün lazımi səviyyədə enerji ilə təchiz edilməsinə kömək göstərməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi