​Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

​Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb Sənədə əsasən keçiriləcək tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib
Hərbi
3 Fevral , 2016 14:52
​Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Bakı. 3 fevral REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2016-cı il üçün birgə tədbirlər planı imzalanıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sənədə əsasən keçiriləcək tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib.

Məlumata görə, il ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər təşkil olunacaq.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, tarixçilər, elm xadimləri, ilahiyyatçı alimlərin iştirakı ilə birgə dəyirmi masaların təşkili də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi