Azərbaycan və Belarus hərbi əməkdaşlığın inkişafı məsələsini müzakirə edəcək

Azərbaycan və Belarus hərbi əməkdaşlığın inkişafı məsələsini müzakirə edəcək Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Oleq Belokonev Azərbaycana gəlib
Hərbi
13 İyul , 2016 13:29
Azərbaycan və Belarus hərbi əməkdaşlığın inkişafı məsələsini müzakirə edəcək

Bakı. 13 iyul. REPORT.AZ/ Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Oleq Belokonev Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bakıda O.Belokonev Azərbaycanın baş nazirinin birinci müavini, müdafiə sənayesi naziri və müdafiə nazirinin birinci müavini - Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirəcək. Bu görüşlərdə hərbi sahədə Azərbaycan-Belarus əməkdaşlığının inkişafı məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Nazirliyin məlumatına görə, proqrama dəniz xüsusi təyinatlılarının və dalğıc hazırlığı üzrə təlim mərkəzlərinə, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına, eləcə də hərbi-sənaye kompleksinin müəssisələrinə səfərlər də daxildir. 

Son xəbərlər

Orphus sistemi