Azərbaycan ordusunun hərbi hissələrində çöl çıxışları başlayıb

Azərbaycan ordusunun hərbi hissələrində çöl çıxışları başlayıb Bakı. 30 avqust. REPORT.AZ/ Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzlərində Azərbaycan ordusunun hərbi hissələrinin çöl çıxışları başlayıb.
Hərbi
30 Avqust , 2018 17:47
Azərbaycan ordusunun hərbi hissələrində çöl çıxışları başlayıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzlərində Azərbaycan ordusunun hərbi hissələrinin çöl çıxışları başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd döyüş zamanı şəxsi heyətin praktiki vərdişlərinin artırılması, atəş vasitələri və döyüş texnikasından düzgün istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi və bölmələrin dəqiq və qətiyyətlə idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi