Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində döyüş tapşırıqları icra edilir - VİDEO

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində döyüş tapşırıqları icra edilir - VİDEO Qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir
Hərbi
17 Aprel , 2017 16:56
Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində döyüş tapşırıqları icra edilir - VİDEO
Mod.gov.az

Bakı. 17 aprel. REPORT.AZ/ Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.
Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi