Qaxda avtomobil divara çırpılıb, xəsarət alan var

Qaxda avtomobil divara çırpılıb, xəsarət alan var Qax rayonunda avtomobil divara çırpılıb.
Hadisə
9 Avqust , 2020 09:40
Qaxda avtomobil divara çırpılıb, xəsarət alan var

Video əlavə olunub

23:52

Qax rayonunda ağır yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospekti ilə İsmayıl Dağıstanlı küçəsinin kəsişməsində qeydə alınıb.

Qax şəhər sakini, 1977-ci il təvəllüdlü Əzizov Ramil Cəlal oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili divara çırpıb.

Nəticədə 43 yaşlı R.Əzizov aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi