Masallıda maşın yoldan çıxaraq aşıb, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Masallıda maşın yoldan çıxaraq aşıb, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
17 İyun , 2019 23:07
Masallıda maşın yoldan çıxaraq aşıb, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Masallı rayonu Dadoba kənd sakini Sadıqov Bəhruz Nadir oğlu idarə etdiyi "Mercedes" markalı, "10-MT-517" dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Dadoba kənd sakinləri - 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov və 1981-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.


*** 06:13

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin məlumatına görtə, hadisə Masallı-Yardımlı magistralının rayonun Ərkivan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara gorə, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Baş verən qəzadan sonra Ərkivan qəsəbəsi və ətraf kəndlərə elektrik enerjisi verilişində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi