Masallıda evdən 7100 manat, 220 avro və qızıl əşyalar oğurlanıb

Masallıda evdən 7100 manat, 220 avro və qızıl əşyalar oğurlanıb Masallı rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlanıb.
Hadisə
23 Avqust , 2019 12:58
Masallıda evdən 7100 manat, 220 avro və qızıl əşyalar oğurlanıb

Masallı rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oğurluq hadisəsi avqustun 4-də baş verib. Rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro, habelə qızıl əşyalar oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi