Yuxarı

Masallıda evdən 7100 manat, 220 avro və qızıl əşyalar oğurlanıb

​Masallıda evdən 7100 manat, 220 avro və qızıl əşyalar oğurlandı

Masallı rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oğurluq hadisəsi avqustun 4-də baş verib. Rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro, habelə qızıl əşyalar oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov saxlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi