"Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin finalında çıxışlar başa çatıb

"Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin finalında çıxışlar başa çatıb Tel-Əvivdə (İsrail) keçirilən Eurovision-2019 mahnı müsabiqəsinin finalında iştirakçıların çıxışları başa çatıb.
Hadisə
19 May , 2019 01:54
Eurovision-2019 beynəlxalq mahnı müsabiqəsinin finalında çıxışlar başa çatıb

Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsinin finalında iştirakçıların çıxışları başa çatıb.

"Report" xəbər verir ki, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə mübarizə aparır.

Yarışmada ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da yekunlaşıb.

Tamaşaçılar xoşlarına gələn mahnıların müəlliflərinə səsverməyə başlayıblar.

Tamaşaçıların qarşısında Malta, Albaniya, Çexiya və Almaniyadan, Rusiyadan, Danimarkadan, San-Marinodan, Şimali Makedoniyadan, İsveçdən, Sloveniyadan, Kiprdən, Niderlanddan, Yunanıstandan, İsraildən, Norveçdən, Böyük Britaniyadan, İslandiyadan, Estoniyadan, Belarusdan, Azərbaycandan, Fransadan, İtaliyadan, Serbiyadan, İsveçrədən, Avstraliya və İspaniyadan ifaçılar çıxış edib.

Son xəbərlər

Orphus sistemi