Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçıb Bakı. 12 iyul. REPORT.AZ/ Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.
Hadisə
12 İyul , 2018 03:52
Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçıb

Bakı. 12 iyul. REPORT.AZ/ Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Dadaşova Zəhranı "Jeep" markalı avtomobil vurub. Z.Dadaşova hadisə zamanı ağır kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. O, faktla bağlı axtarışdadır.

Son xəbərlər

Orphus sistemi