Bakı. 15 fevral. REPORT.AZ/ Bakının Binəqədi rayonunda yerləşən “Caspian Standart CO” şirkətindən oğurluq edilib.
“Report”un xəbərinə görə, naməlum şəxs şirkətdəki seyfdən 75 min manat və 6 500 ABŞ dolları oğurlayıb.
Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq edən şəxs – Xəlil Xıdırov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.