Bakıda Ruhi-Əsəb Dispanserində ölüm hadisəsi baş verib

Bakıda Ruhi-Əsəb Dispanserində ölüm hadisəsi baş verib Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır
Hadisə
25 Yanvar , 2017 09:40
Bakıda Ruhi-Əsəb Dispanserində ölüm hadisəsi baş verib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakıda Ruhi-Əsəb Dispanserində müalicə olunan qadın müəmmalı şəkildə ölüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində baş verib. 

Belə ki, dispanserdə müalicə olunan 52 yaşlı Tatyana Dmitriyeva yatağında ölü aşkarlanıb. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi