Bakıda evə basqın edərək 1 nəfəri öldürən, 2 nəfərə xəsarət yetirən şəxs məhkəmədə ifadə verib

Bakıda evə basqın edərək 1 nəfəri öldürən, 2 nəfərə xəsarət yetirən şəxs məhkəmədə ifadə verib Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
2 Noyabr , 2017 11:01
Bakıda evə basqın edərək 1 nəfəri öldürən, 2 nəfərə xəsarət yetirən şəxs məhkəmədə ifadə verib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirlən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə S.Məmmədov özünü qismən təqsirli bilib. O ifadəsində deyib ki, Mahirə Əliyevanı vurub, amma digər iki şəxsi öldürmək niyyəti olmayıb. S.Məmmədovun sözlərinə görə, M.Əliyevanı pul üstündə yox, namus üstündə öldürüb. O, qonşusu Mətanət Həsənovanın onun arvadını yoldan çıxartdığını söyləyib: "Mahirə mənim sevgilim yox, həyat yoldaşım olub. İttihamda səhv yazılıb. Biz onunla rəsmi nikaha girəcəkdik. Amma sənədlərimizdə problem olduğu üçün bir az gecikdi. Hadisədən 10 ay əvvəl Mahirə ilə tanış olmuşdum. Onunla ər-arvad münasibətlərimiz olub. Son bir neçə gündə aramızda soyuqluq yarandı. Səbəb isə qonşumuz Mətanət idi".

S.Məmmədov bildirib ki, mərhum M.Əliyeva ölməmişdən əvvəl ona qonşusu Mətanət Həsənovanın yaxşı qadın olmadığını deyib: "O, Mətanətin Türkiyəyə gedib-gəldiyini, pis işlərlə məşğul olduğunu söyləmişdi. Onunla danışmamasını və görüşməməsini tapşırdım. Hətta bir dəfə də Mətanətlə görüşdüyü üçün Mahirəyə iki sillə vurdum. Mahirəni Mətanət yoldan çıxarıb”.

S.Məmmədov hadisəni namus üstündə törətdiyini qeyd edib: "Bunu dəqiq bilirəm ki, Mətanət Mahirəni yoldan çıxarırdı. Mətanətin oğlu Laçın mənə deyirdi ki, Mahirənin “başını tutacağıq”. Hətta o, bir dəfə mənə də dedi ki, "Mahirə əxlaqsızdır. Mən də "sənin ananla oturub-durur, yəqin ki, sənin anan, bacın da əxlaqsızdır" söylədim".

S.Məmmədov bildirib ki, həmin şəxslər hadisədən əvvəl M.Əliyevanı qaçırıblar: "Yalandan deyirdilər ki, guya onu rayona toya aparıblar. Amma belə hadisə olmayıb. Mahirəni hansı məqsədlə saxladıqlarına, hara apardıqlarına əmin idim. Həmin gün də Mahirəni onların evində görəndə vurdum”.

Təqsilrəndirilən bıçaqladığı Mətanət Həsənova barəsində başqa ittihamlar da səsləndirib. O iddia edib ki, M.Əliyeva onun doğulmamaış uşaqlarının ölümünə də səbəb olub.

Qeyd edək ki, hadisə bu il iyunun 23-də gecə saatlarında Bakının Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu S.Məmmədov 3 nəfərlə birlikdə həmin evə gəlib. S.Məmmədov və M.Əliyeva arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər. S.Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra M.Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. M.Əliyeva xəstəxanada ölüb, digərlərinin həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü S.Məmmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi