Bakıda avtobusdan yerə düşən qadını və onun qızını avtomobil vurub

Bakıda avtobusdan yerə düşən qadını və onun qızını avtomobil vurub Hər iki yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
30 Oktyabr , 2017 06:19
Bakıda avtobusdan yerə düşən qadını və onun qızını avtomobil vurub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda avtobusdan yerə düşən qadını və onun qızını avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Bilgəh qəsəbəsində dayanacaqda avtobusdan enərək yola çıxan 1973-cü il təvəllüdlü Bayramova Afət Tofiq qızı və onun qızı, 1997-ci il təvəllüdlü Bayramova Lamiyyə Habil qızını minik avtomobili vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Son xəbərlər

Orphus sistemi