Bakı-Qazax yolunda avtomobil qəzası olub - FOTO

Bakı-Qazax yolunda avtomobil qəzası olub - FOTO Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Avqust , 2019 10:56
Bakı-Qazax yolunda avtomobil qəzası olub - FOTO

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

"Reno" markalı iritutumlu yük maşını ilə Kürdəmir sakini Əsgərov Mətləb Səftər oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi