Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var

Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var Ağstafa rayonunda yol qəzası baş verib.
Hadisə
31 Avqust , 2019 10:13
Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var

Ağstafa rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qırlı kənd yolunda qeydə alınıb. 

Qəza nəticəsində Zaqalata rayon sakini, 1968-ci il təvəllüdlü Vəliyev Füzuli İbadulla oğlu, Gürcüstan vətəndaşı, 1989-cu il təvəllüdlü Gülməmmədov Zakir Rafel oğlu və Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Babayev Sabuhi Məzahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi və orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi