Ağstafada minik avtomobili yoldan çıxaraq aşıb

Ağstafada minik avtomobili yoldan çıxaraq aşıb Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
22 Avqust , 2019 21:40
Ağstafada minik avtomobili yoldan çıxaraq aşıb

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Poylu kəndi ilə hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 84 yaşlı sərnişin Nazan Omarova müxtəlif bədən xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi