Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Poylu kəndi ilə hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 84 yaşlı sərnişin Nazan Omarova müxtəlif bədən xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.