Meksikada qadın jurnalist canlı yayımda futbol fanatını mikrafonla vurub - VİDEO

Meksikada qadın jurnalist canlı yayımda futbol fanatını mikrafonla vurub - VİDEO Onun sözlərinə görə, kişi canlı yayım zamanı ona toxunub
Futbol
4 May , 2018 06:51
Meksikada qadın jurnalist canlı yayımda futbol fanatını mikrafonla vurub - VİDEO

Bakı. 4 may. REPORT.AZ/ Meksikada qadın jurnalist Mariya Fernanda Mora matçdan sonra futbol fanatlarından birini mikrafonla vurub.

“Report” xəbər verir ki, onun sözlərinə görə, kişi canlı yayım zamanı ona toxunub.

"Bu hadisə hər gün ictimai yerlərdə minlərlə qadının başına gəlir. Fərq ondadır ki, bu, mənim başıma televiziyada canlı yayım zamanı gəlib və mən özümü müdafiə etməyi düşündüm", - deyə Mariya bildirib.

O izah edib ki, əvvəlcə bunu təsadüfi toxunuş kimi qəbul edib, lakin onun sözlərinə görə, kişi "özündə cəsarət taparaq hərəkətlərini davam etdirib". Jurnalist əlavə edib ki, qadınlar cinsi zorakılıq hallarına qarşı səssiz qalmamalıdırlar.

Son xəbərlər

Orphus sistemi