"Keşlə"nin sabiq baş məşqçisi: "Bu sözlə ürəyimi yaraladınız"

"Keşlə"nin sabiq baş məşqçisi: "Bu sözlə ürəyimi yaraladınız" "Uşaqlara görə təəssüflənirəm. Heç kimə kubokun finalında belə şey arzulamazdım".
Futbol
9 İyul , 2020 09:40
Keşlənin sabiq baş məşqçisi: Bu sözlə ürəyimi yaraladınız
Yuri Maksimov

"Uşaqlara görə təəssüflənirəm. Heç kimə kubokun finalında belə şey arzulamazdım".

"Report"un məlumatına görə, bu fikirləri "Vorskla" klubunun baş məşqçisi Yuri Maksimov Ukrayna kubokunun Kiyev "Dinamo"su ilə finl matçından sonra keçirilən mətbuat konfransında deyib.

Penaltilər seriyasında məğlub olduqları oyunla bağlı fikirlərini bölüşən 52 yaşlı mütəxəssis rəqibin güclü olduğunu etiraf edib. Buna baxmayaraq, o, oyunlarının yaxşı alındığını bildirib: "Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Penaltilər seriyası lotereyadır. Hamı döyüşdü, əlindən gələni etdi. Futbolçulara yalnız "sağ ol" deyə bilərəm. Təəssüf ki, hər şey penaltilər seriyasında həll olundu".

Maksimov "Mariupol"la kubokun yarımfinal matçının penaltilər seriyasının əsas qəhrəmanı - 17 yaşlı qapıçı Pavel İsenkonu meydana buraxmamasının səbəbini belə izah edib: "Stepanyuk zədə səbəbindən əvəzlənməsini xahiş etdi. Oyunun sonuna isə 10 dəqiqə qalmışdı. Onu əvəzləməsəydik və qol buraxsaydıq, özünü günahlandıra bilərdi. Risk etmədik və əsas qapıçımız Rezniki meydanda saxladıq".

Təcrübəli mütəxəssis ukraynalı müdafiəçi Vladimir Baenkonun ardıcıl ikinci kubok matçında penaltini boşa verməsinə də münasibət bildirib: "Bu sözləri deməklə bıçaqla ürəyimi daha çox yaraladınız. Şehiç də penaltini vura bilmədi. Bu işi kim görməli idi? Yəqin qapıçı vurmalı idi".

Qeyd edək ki, "Dinamo" - "Vorskla" oyununun əsas hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan Kiyev təmsilçisi 8:7 hesablı üstünlüklə kubokun qalibi olub. Yuri Maksimov 2018-ci ildə "Keşlə"nin baş məşqçisi olduğu vaxt Azərbaycan Kubokunu qazanıb. 

Son xəbərlər

Orphus sistemi