İngiltərə klubunun futbolçusu zədəsini sağaldıb

İngiltərə klubunun futbolçusu zədəsini sağaldıb Bakı. 18 aprel. REPORT.AZ/ İngiltərənin Liverpul klubunun futbolçusu Deyan Lovren zədəsini sağaldıb.
Futbol
18 Aprel , 2018 18:02
İngiltərə klubunun futbolçusu zədəsini sağaldıb

Bakı. 18 aprel. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Deyan Lovren zədəsini sağaldıb.

"Report"un məlumatına görə, 28 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Roma" ilə matçda oynaya biləcək. 

Xorvatiyalı müdafiəçinin İngiltərə Premyer Liqasının 35-ci turunda "Vest Bromviç"lə görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, Deyan Lovren çempionatın 34-cü turunda "Bornmut"u 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib. 

Son xəbərlər

Orphus sistemi