Gürcü futbolçu Azərbaycan yığmasının üzvünün müalicəsini maliyyələşdirib

Gürcü futbolçu Azərbaycan yığmasının üzvünün müalicəsini maliyyələşdirib Bakı. 23 fevral. REPORT.AZ/ Gürcüstan milli komandasının yarımmüdafiəçisi Cano Ananidze Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığmasının və Kutaisinin Martve klubunun futbolçusu Nino Qurgenidzenin müalicəsini maliyyələşdirib.
Futbol
23 Fevral , 2019 01:53
Gürcü futbolçu Azərbaycan yığmasının üzvünün müalicəsini maliyyələşdirib

Bakı. 23 fevral. REPORT.AZ/ Gürcüstan milli komandasının yarımmüdafiəçisi Cano Ananidze Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığmasının və Kutaisinin "Martve" klubunun futbolçusu Nino Qurgenidzenin müalicəsini maliyyələşdirib.

"Report"un "Championat.com"a istinadən verdiyi məlumata görə, gürcü oyunçu qız həmkarının xaricdə bahalı müalicəsi üçün tələb olunan məbləği köçürüb.

O, təcili pul toplanmasına dair elanı eşidən kimi bu addımı atıb. Həmyerliləri sosial şəbəkələrdə Ananidzeyə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Cano Ananidze müqavilə üzrə Rusiya "Spartak"ına məxsus olsa da, icarə əsasında "Krılya Sovetov"da çıxış edir. O, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev və əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovun komanda yoldaşıdır. Nino Qurgenidze isə 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alır.

Son xəbərlər

Orphus sistemi