"Bavariya" Almaniya millisinin hücumçusunu transfer edib

"Bavariya" Almaniya millisinin hücumçusunu transfer edib Sandro Vaqnerlə 2020-ci ilə qədər müqavilə bağlanılıb
Futbol
21 Dekabr , 2017 13:25
Bavariya Almaniya millisinin hücumçusunu transfer edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Almaniyanın “Bavariya” klubu dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib. “Report” xəbər verir ki, Münhen təmsilçisi “Hoffenhaym”ın hücumçusu Sandro Vaqneri heyətinə qatıb.

30 yaşlı forvardla 2020-ci ilə qədər müqavilə bağlanılıb. Vaqner 2018-ci il yanvarın 1-dən yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Almaniya millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində evdə Azərbaycan yığmasını 5:1 hesablı ilə məğlub etdiyi matçın 54-cü dəqiqəsində Bundestimin 2-ci qoluna imza atan Vaqner “Bavariya”nın yetirməsi sayılır. O, 2006 – 2008-ci illərdə Münhen klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi