"Barselona"nın futbolçuları baş məşqçini dəstəkləmir

"Barselona"nın futbolçuları baş məşqçini dəstəkləmir İspaniya təmsilçisi "Barselona"nın baş məşqçisi Kike Setyenin klubdakı teleyi qeyri-müəyyəndir.&
Futbol
2 İyul , 2020 13:06
Barselonanın futbolçuları baş məşqçini dəstəkləmir
Kike Setyen

İspaniya təmsilçisi "Barselona"nın baş məşqçisi Kike Setyenin klubdakı teleyi qeyri-müəyyəndir. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin oyunçuları da 61 yaşlı mütəxəssisə dəstək olmur. Setyenin köməkçisi Eder Sarabiyanın davranışı oyunçular və məşqçilər heyəti arasında məsafə yaradıb. 

"Barselona"da baş məşqçinin gələcəyi təhlükə altındadır və yaxın günlərdə onunla bağlı qərar verilə bilər. Bu, La Liqa matçlarındakı nəticələrdən asılıdır. 

Qeyd edək ki, "Barselona" 33 oyundan 70 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən 1 oyun az keçirən "Real Madrid"in 71 xalı var.

Son xəbərlər

Orphus sistemi