Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində I turun digər qarşılaşmaları keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.
Öncə A qrupunda Bolqarıstan Monteneqronu qəbul edəcək. Qrupun digər matçında İngiltərə “Uembli” stadionunda Çexiya ilə üz-üzə gələcək.
B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya evdə Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək. Digər oyunda isə Lüksemburq və Litva komandalarının dueli olacaq.
Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Şenol Güneşin baş məşqçilik etdiyi kollektiv Albaniyanın müqavimətini qırmağa çalışacaq.
AVRO-2020, seçmə mərhələ
I tur
A qrupu
21:00. Bolqarıstan – Monteneqro
23:45. İngiltərə - Çexiya
B qrupu
23:45. Lüksemburq – Litva
23:45. Portuqaliya – Ukrayna
H qrupu
23:45. Albaniya – Türkiyə
23:45. Andorra – İslandiya
23:45. Moldova – Fransa