KİV: Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdır

KİV: Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdır Bakı. 24 dekabr. REPORT.AZ/ Əfsanəvi məşqçi Aleks Ferqyuson İngiltərənin Mançester Yunayted klubuna qayıdır.
Futbol
24 Dekabr , 2018 19:18
KİV: Aleks Ferqyuson Mançester Yunaytedə qayıdır

Bakı. 24 dekabr. REPORT.AZ/ Əfsanəvi məşqçi Aleks Ferqyuson İngiltərənin "Mançester Yunayted" klubuna qayıdır.

"Report" "The Sun"a istinadən verdiyi məlumata görə, 77 yaşlı mütəxəssis komandanın yeni baş məşqçisi Ule Qunnar Sulşerin məsləhətçisi olacaq. Bildirilir ki, A.Ferqyuson "qırmızı şeytanlar"ın Şulşerə tapşırılmasında aktiv şəkildə iştirak edib. O həmçinin sabiq köməkçisi Maykl Felanın kluba qayıtmasına da yardımçı olub. 

 "Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyxelin də klubun idman direktoru olması gündəmdədir. 

Qeyd edək ki, A.Ferqyuson 1986 – 2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. O, bu müddətdə 38 titul qazanıb. 

Son xəbərlər

Orphus sistemi