Afrikalı bombardirin taleyinə "Keşlə" ilə oyundan sonra aydınlıq gələcək

Afrikalı bombardirin taleyinə "Keşlə" ilə oyundan sonra aydınlıq gələcək "Keşlə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Laçi" klubu futbolçusu Kirian Nvabueze ilə bağlı qərarını verib.
Futbol
11 Avqust , 2020 16:30
Afrikalı bombardirin taleyinə Keşlə ilə oyundan sonra aydınlıq gələcək

"Keşlə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Laçi" klubu futbolçusu Kirian Nvabueze ilə bağlı qərarını verib.

"Report"un "Panoramasport" nəşrinə istinadən məlumatına görə, Nigeriya əsilli amerikalı hücumçu avrokuboklar dövründə komandada qalacaq.

"Keşlə" ilə Bakıdakı matçda oynayacağı dəqiqləşən 28 yaşlı forvardın taleyi məhz bu görüşün nəticəsindən asılı olacaq. "Laçi" mübarizəni dayandıracağı təqdirdə afrikalı oyunçu satılacaq.

2019-cu ildən Laçi təmsilçisində çıxış edən Nvabueze ötən mövsüm 34 oyunda 21 qol vurub.

Qeyd edək ki, "Keşlə" - "Laçi" oyunu avqustun 27-də "ASK Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi