Güləşçilərimizin qatılacağı Avropa və dünya çempionatları ləğv olundu

Güləşçilərimizin qatılacağı Avropa və dünya çempionatları ləğv olundu Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin (İK) virtual iclası keçirilib. "Report"un məlumatına görə, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib. COVİD-19 pandemiyasının davam etməsi səbəbindən
Fərdi
9 Avqust , 2020 21:22
Güləşçilərimizin qatılacağı Avropa və dünya çempionatları ləğv olundu

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin (İK) virtual iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib. COVID-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabrda keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmə və gənclər arasında Avropa çempionatlarının ləğvini məqsədəuyğun sayıb.

Ötən ay açıqlanan təqvimə əsasən, 5 - 11 oktyabrda Polşada yeniyetmələrin, 19 - 25 oktyabrda isə Şimali Makedoniyada gənclərin Avropa çempionatının keçirilməsi nəzərdə tutulmuşdu. 

UWW-nin prezidenti Nenad Laloviç qəbul edilmiş bu qərarları belə şərh edib: "Biz dünya miqyasında pandemiya ilə bağlı görülən tədbirləri izləməyə davam edəcəyik. İdmançılarımızın təhlükəsizliyinə və sağlamlığına qayğı göstərmək üçün məsuliyyət daşıyırıq. Uğurla rəqabət apara biləcəyimiz zamanda yenidən güləşməyə davam edəcəyik".

Qeyd edək ki, İK gələn ay növbəti iclasını keçirəcək və bu ilin yarış təqvimini bir daha müzakirə edəcək. Avropa və dünya çempionatlarında Azərbaycan güləşçilərinin də iştirakı nəzərdə tutulurdu. 

Son xəbərlər

Orphus sistemi