Vitali Bəylərbəyov: "İtaliya hökuməti ilə heç bir problem yoxdur"

Vitali Bəylərbəyov: "İtaliya hökuməti ilə heç bir problem yoxdur" Bakı. 19 iyul. REPORT.AZ/ Bizim İtaliya hökuməti ilə heç bir problemimiz yoxdur və inanıram ki, olmayacaq.
Energetika
19 İyul , 2018 10:32
Vitali Bəylərbəyov: İtaliya hökuməti ilə heç bir problem yoxdur
SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov / Report
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ "Bizim İtaliya hökuməti ilə heç bir problemimiz yoxdur və inanıram ki, olmayacaq".

Bunu "Report"a açıqlamasında SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

İtaliyanın yeni hökumətinin Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin ölkəyə faydası olmadığı barədə açıqlamaları şərh edən V.Bəylərbəyov xatırladıb ki, bundan sonra İtaliya hökumətinin layihə ilə bağlı fərqli açıqlaması olub: "İtaliya TAP layihəsinə dəstək göstərir və onun istismara verilməsi tarixində heç bir dəyişiklik yoxdur".

O qeyd edib ki, hazırda marşrut daxil olmaqla İtaliya ərazisində TAP-ın tikintisinin texniki planında və icra qrafikində də dəyişiklik yoxdur:

O, yay aylarında İtaliyada TAP-ın tikintisinin dayandırılmasını da şərh edib.

“Yay mövsümündə İtaliyada TAP-ın tikintisinin aparılmaması İtaliya qanunu ilə bağlıdır. Qanuna əsasən, Apuliya kimi turizm bölgələrində yay aylarında tikinti işləri qadağan olunub. Keçən il də yay aylarında burada TAP-ın tikintisi dayandırılmışdı. İtaliyada yayda TAP üzrə turistlərin istirahətinə mane olmayan işlər görülür. Tam həcmdə işlər oktyabrın əvvəlində bərpa olunacaq”,- SOCAR rəsmisi bildirib..

Onun sözlərinə görə, TAP layihəsi üzrə ümumilikdə 75% işlər yekunlaşıb.

O, İtaliya ilə əlaqələrdən də danışaraq qeyd edib ki, Azərbaycan İtaliya bazarında maraqlıdır və maraqlı olacaq. O vurğulayıb ki, Azərbaycan neft ixracının əsas hissəsi İtaliyaya gedir: "Amma bizim əməkdaşlıq təkcə qaz və neftlə bağlı deyil. Əsas bizim ölkələr arasında dostluq əlaqələridir. Biz iki ölkə arasındakı əməkdaşlıqda daha çox şirkət görmək istəyirik".

Son xəbərlər

Orphus sistemi