Türkiyədə benzin və dizel bahalaşıb

Türkiyədə benzin və dizel bahalaşıb Benzinin 1 litrinin qiyməti 12 qəpik, dizel yanacağı isə 9 qəpik qaldırılıb
Energetika
5 Aprel , 2017 11:26
Türkiyədə benzin və dizel bahalaşıb

Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyə bazarında benzin və dizel yanacağının qiyməti qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə Neft məhsulları bazarı iştirakçılarının işəgötürənlər təşkilatından məlumat verilib.

Məlumata görə, benzinin 1 litrinin qiyməti 12 qəpik, dizel yanacağının isə 9 qəpik qaldırılıb. Qiymət dəyişikliyi bu gündən tətbiq ediləcək.

Bu artımla İstanbulda benzinin 1 litrinin qiyməti 5,28 Türkiyə lirəsi (2,46 manat), dizel yanacağının 1 litrinin qiyməti isə 4,52 lirə (2,11 manat) olub.

Son xəbərlər

Orphus sistemi