TANAP Türkiyədə qrant ayıracaq

TANAP Türkiyədə qrant ayıracaq Bu yardımları bələdiyyələr, QHT-lər və digər qeyri-kommersiya qurumları ala bilər
Energetika
6 Mart , 2017 10:25
TANAP Türkiyədə qrant ayıracaq

Bakı. 6 mart. REPORT.AZ/ Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisi çərçivəsində Türkiyənin Gümüşhane rayonunda bəzi ərazilərdə layihələrin icrası üçün qrantlar ayrılacaq. “Report” xəbər verir ki, bu yardımlar TANAP-ın Sosial və Ekoloji Sərmayə Proqramları (SEİP) çərçivəsində ayrılır.

Məlumata görə, qrantlar kəmərin keçəcəyi ərazidə 20-yə qədər müxtəlif layihənin maliyyələşməsinə xidmət edəcək. Bu layihələr arasında yerli əl işlərinin inkişaf etdirilməsi, arıçılıq, xüsusən də Qafqaz arı irqinə məxsus genlərin qorunması, üzvi gübrə istehsalı və satışı, meyvə və tərəvəz şirələrinin istehsalı və s. sahələrlə bağlıdır. 

Bu yardımları bələdiyyələr, QHT-lər, qeyri-kommersiya kooperativləri, məktəb ailə birlikləri və s. qeyri-kommersiya qurumları əldə edə bilər.

Son xəbərlər

Orphus sistemi