Türkiyəli deputat: "Azərbaycan-Türkiyə əlaqələrində SOCAR-ın son illərdə qoyduğu investisiyalar çox böyük rol oynayıb"

Türkiyəli deputat: "Azərbaycan-Türkiyə əlaqələrində SOCAR-ın son illərdə qoyduğu investisiyalar çox böyük rol oynayıb" İstanbul. 29 dekabr. REPORT.AZ/ “2018-ci il SOCAR üçün uğurlu olub”.
Energetika
30 Dekabr , 2018 15:14
Türkiyəli deputat: Azərbaycan-Türkiyə əlaqələrində SOCAR-ın son illərdə qoyduğu investisiyalar çox böyük rol oynayıb

İstanbul. 29 dekabr. REPORT.AZ/ “2018-ci il SOCAR üçün uğurlu olub”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədr müavini Şamil Ayrım “Report”un Türkiyə bürosuna açıqlamasında deyib.

Milllət vəkili Azərbaycan-Türkiyə əlaqələrində SOCAR-ın son illərdə yatırdığı investisiyaların çox böyük rol oynadığını qeyd edib. 

Onun sözlərinə görə, SOCAR hazırda bu sərmayələri ilə Türkiyədə ən çox sərmayə qoyan xarici şirkət mövqeyinə yüksəlib: “TANAP layihəsi başa çatdıqdan sonra, Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli reallaşdı. Bundan sonra Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun istifadəyə verilməsi hər iki qardaş ölkənin iqtisadi əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verdi. Bununla da, Azərbaycan öz neftinin Türkiyə vasitəsilə dünya bazarlarına çıxışını təmin etmiş oldu. Bu layihələrlə Azərbaycan və Türkiyə dünyadakı mövqeyini daha da güçləndirmiş oldu. Bu da bilavasitə ölkələrimizin gələcək iqtisadi siyasətinin qurulmasında mühüm rol oynayacaq”.

Ş.Ayrım əlavə edib ki, bütün bu geoiqtisadi layihələrin uğurla reallaşması ölkələrimiz və xalqlarımız arasında olan mənəvi bağlılığa söykənir. 

O vurğulayıb ki, Azərbaycan və Türkiyə XXl əsrin enerji tarixini birlikdə yazmaqda davam edir: “Xüsusi olaraq qeyd etməliyəm ki, belə böyük layihələrin reallaşması iki böyük liderin, İlham Əliyev və Rəcəp Tayyip Ərdoğan arasında olan dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Bütün bu proseslər ölkələrimiz arasında digər sahələrdə də inkişafı stimullaşdırır. Buna misal olaraq qeyd edə bilərəm ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər Türkiyədə 125 minə yaxın azərbaycanlı gənc təhsil alıb. Hazırda isə 15 minə yaxın gənc tələbə kimi öz taleyini Türkiyə ilə bağlayıb. Hesab edirəm ki, bu, çox ciddi rəqəmdir və gələcəkdə ölkələrimiz arasında olan milli, mədəni bağlılığı daha da inkişaf etdirəcəkdir. Bütün hallarda bu gənclər qardaş Azərbaycanın Türkiyədəki mənəvi elçiləridirlər. Sevindirici haldır ki, bu gənclərin böyük bir qismi məhz enerji siyasəti sahələrində təhsil alırlar”.

Millət vəkilinin sözlərinə görə, SOCAR müasir dünyanın tələbələrinə cavab verən müasir bir şirkətdir: "Məhz bunun nəticəsidir ki, SOCAR bu gün milyonlarla insanın iş və ümid yerinə çevrilib. Mən sadəcə olaraq bir statistik rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodu (NEZ) fəaliyyətə başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradıldı. Şübhəsiz ki, bu rəqəm gələcəktə bir neçə dəfə artacaqdır. SOCAR-ın bu iri miqyaslı yatırımlarına Türkiyə böyük önəm və dəyər verir”.

Azərbaycan xalqını 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edən millət vəkili 2019-cu ilin ölkələrimiz üçün daha mühüm hadisələrlə yadda qalacağına əmin olduğunu deyib: “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin miras qoyduğu dövlətin gələcək uğurlarına heç bir şübhəm yoxdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində təsis olunan həmrəylik günü əslində tək azərbaycanlıları deyil, bütövlüktə türk dünyasının həmrəyliyini formalaşdırmış olur. Eyni zamanda, SOCAR modelində şirkətlərin dünya miqyasında çoxalmasını arzulayır və yeni ildə daha mütərəqqi lahiyələrin reallaşmasını arzu edirəm”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi