​SOCAR fevralda 7 km qazma işi görüb

​SOCAR fevralda 7 km qazma işi görüb İlin əvvəlindən qazmadan alınmış 8 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib
Energetika
4 Mart , 2015 16:03
​SOCAR fevralda 7 km qazma işi görüb

Bakı. 4 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 6 990 metr qazma işi həyata keçirib. 

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 6 647 metri istismara, 343 metri isə kəşfiyyata aid olub.

Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla, ümumilikdə 2015-ci ilin yanvar-fevral aylarında SOCAR üzrə 14 155 metr qazma işi görülüb ki, bunun da 13 555 metri istismara, 600 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 8 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi