Bu gün dünya neft bazarındakı tarazlıq OPEC+ iştirakçı ölkələrinın fəaliyyəti nəticəsində əldə olunub.
“Report” “Rossia-24” telekanalına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
O qeyd edib ki, qarşıdakı qış mövsümü ilə bağlı müəyyən risklər var, lakin hazırda bazarda həm OPEC+ ölkələrinin atdığı addımlar, həm də başqa ölkələrdəki hasilatın ötən ilə nisbətən 1 milyon barel çox olması sayəsində tarazlıq hökm sürür.
Xatırladaq ki, OPEC+ formatı çərçivəsində 2020-ci ilin mart ayının sonunadək qüvvədə olan razılaşma gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,2 milyon barel azaltmağı nəzərdə tutur. O cümlədən ən iri neft istehsalçıları olan Səudiyyə Ərəbistanı hasilatı 322 min, Rusiya da 228 min barel azaltmaq öhdəliyi götürüblər.