Rövnəq Abdullayev: "PwC-nin bu sahədə qazandığı bilik və qabaqcıl təcrübəsindən yararlanmağa ümid edirik”

Rövnəq Abdullayev: "PwC-nin bu sahədə qazandığı bilik və qabaqcıl təcrübəsindən yararlanmağa ümid edirik” Qeyd edək ki, SOCAR şirkətin transformasiya proqramını həyata keçirməkdə ona dəstək olmaq üçün PwC şirkətinə etimad edib
Energetika
23 Yanvar , 2017 17:54
Rövnəq Abdullayev: PwC-nin bu sahədə qazandığı bilik və qabaqcıl təcrübəsindən yararlanmağa ümid edirik”

Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda PwC-nin Qlobal Şəbəkəsinin prezidenti Bob Moritz və PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Olqa Qriger-Siddonsla SOCAR-ın prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov arasında görüş keçirilib. “Report”un “PwC Azerbaijan”a istinadən verdiyi xəbərə görə, görüşdə hər iki tərəf üçün əhəmiyyət kəsb edən bir çox strateji məsələ və təşəbbüslər, o cümlədən, Azərbaycan və regional iqtisadiyyatın inkişafı mövzusunda açıq və səmərəli müzakirə aparılıb.

"Dünya İqtisadi Forumu qlobal şəbəkəmizdəki önəmli tərəfdaşlar və müştərilər ilə görüşmək və strateji biznes məsələlərini və imkanları müzakirə etmək üçün gözəl şərait yaradır. Cənab Abdullayev və cənab Nəsirov ilə görüşümüzdən məmnun olduq. Biz SOCAR ilə münasibətlərimizə böyük dəyər veririk və peşəkar məsləhətçi kimi SOCAR-la əməkdaşlığımızı davam etdirmək arzusundayıq", - deyə PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru xanım O.Qriger-Siddons deyib.

Qeyd edək ki, SOCAR şirkətin transformasiya proqramını həyata keçirməkdə ona dəstək olmaq üçün PwC şirkətinə etimad edib: “PwC SOCAR-ın strareji tərəfdaşıdır və bu münasibətlərin əhəmiyyəti bizim məqsədimizin mahiyyətində öz əksini tapıb. Məqsədimiz isə, cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir”.

"SOCAR maliyyə və idarəetmənin təkmilləşdirilməsi sahəsində PwC ilə bir sıra yüksək əhəmiyyətli layihələrdə tərəfdaşlıq edib. PwC rəhbərliyinin ölkəmizə və şirkətimizə qarşı göstərdiyi yüksək diqqətə görə məmnunuq. Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə başlayır. SOCAR yeni iqtisadi yol xəritəsinin ayrılmaz bir hissəsidir və biz PwC-nin bu sahədə qazandığı bilik və qabaqcıl təcrübəsindən yararlanmağa ümid edirik", SOCAR-ın Prezidenti Rövnəq Abdullayev qeyd edib.

Qurumun açıqlamasında deyilir ki, SOCAR PwC üçün beynəlxalq əhəmiyyətli tərəfdaşdır: “Bu, bir daha Şirkətimizin Azərbaycana və SOCAR-a qarşı göstərdiyi diqqət və qayğını əks etdirir. Biz həm strategiya, həm də icra mərhələlərində SOCAR və Azərbaycana dəyər qazandırmaq üçün qlobal şəbəkəmizdən, bilik və təcrübəmizdən yararlanmaqda davam edəcəyik”.

Son xəbərlər

Orphus sistemi