Qazaxıstan 2020-ci il üçün neft hasilatı proqnozunu açıqladı

Qazaxıstan 2020-ci il üçün neft hasilatı proqnozunu açıqladı Qazaxıstanda neft hasilatının azalma səviyyəsi iyul ayının sonunadək gündəlik 9,7 milyon barelə qədər hasilat nəzərdə tutur.
Energetika
9 İyun , 2020 12:08
Qazaxıstan 2020-ci il üçün neft hasilatı proqnozunu açıqladı

Qazaxıstanda neft hasilatının azalma səviyyəsi iyul ayının sonunadək gündəlik 9,7 milyon barelə qədər hasilat nəzərdə tutur.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika naziri Nurlan Noqayev məlumat verib.

“İyunun 6-da OPEC+ iclası keçirildi. Görüşün ardından Qazaxıstanın iyul ayına qədər gündəlik 9,7 milyon barelə qədər neft istehsal etməsi qərara alındı. Həmçinin may-iyun aylarında qeydə alınan izafi hasilatın iyul-sentyabr aylarında kompensasiya edilməsi ilə bağlı qərar da qəbul edildi. Qeyd edim ki, Qazaxıstanda mayın 1-dən etibarən 12 gün ərzində OPEC+ sazişi üzrə öhdəliklər çərçivəsində 3,13 milyon barel izafi neft hasil olunub. Bunu avqust-sentyabr aylarında “qaytaracağıq”, - N.Noqayev hökumət iclasında söyləyib.

Nazir vurğulayıb ki, nəticədə neft hasilatı 2018-ci ilin noyabr ayının səviyyəsindən iyulda 23%, avqust-sentyabr aylarında 21% və oktyabr-dekabr aylarında isə 18% azalacaq. “Beləliklə, 2020-ci il üçün neft hasilatı proqnozu 86 milyon tondur. Bu, 90 milyon tonluq indikativ proqnozdan 4% azdır”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi