Metyu Brayza: "Əgər hökumətlərarası sazişlər imzalanıbsa, onlar TAP layihəsini necə dayandıra bilərlər?!"

Metyu Brayza: "Əgər hökumətlərarası sazişlər imzalanıbsa, onlar TAP layihəsini necə dayandıra bilərlər?!" Bakı. 8 iyun. REPORT.AZ/ Əgər Hökumətlərarası saziş imzalanıbsa, onların layihəni necə dayandıra biləcəklərini bilmirəm.
Energetika
8 İyun , 2018 17:36
Metyu Brayza: Əgər hökumətlərarası sazişlər imzalanıbsa, onlar TAP layihəsini necə dayandıra bilərlər?!

Bakı. 8 iyun. REPORT.AZ/ "Əgər Hökumətlərarası saziş imzalanıbsa, onların layihəni necə dayandıra biləcəklərini bilmirəm".

Bunu "Report"a Atlantika Şurasının eksperti, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza İtaliyanın yeni hökumətinin Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə dair sazişi yenidən nəzərdən keçirmək niyyətində olmasıyla bağlı məlumatı şərh edərkən deyib.

O eyni zamanda bu addımın arxasında Rusiyanın təsirinin ola biləcəyini istisna etməyib və fikrini İtaliyanın yeni hökumətinin Rusiyaya daha çox meyl etməsilə əlaqələndirib: "İtaliyanın yeni hökumətinin məhz bu layihəni "hədəfə alması" qəribədir".

Atlantika Şurasının eksperti Metyu Brayza

Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin "Report"a bildirib ki, bu məsələni araşdırmazdan əvvəl konkret sənədlərə baxmaq lazımdır: "Görünür, İtaliya hökuməti seçki kampaniyasına əsasən, bəyanatlar verir. Təşkilatımıza gəlincə, biz konkret sənədlər və təkliflərlə işləyirik".

Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin

Son xəbərlər

Orphus sistemi