"LUKoil" İraqdakı yataqla bağlı danışıqları dayandırıb

"LUKoil" İraqdakı yataqla bağlı danışıqları dayandırıb Bir neçə məsələ üzrə fikir ayrılıqları yaranıb
Energetika
11 Oktyabr , 2016 13:54
LUKoil İraqdakı yataqla bağlı danışıqları dayandırıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiyanın “LUKoil” neft şirkəti İraqdakı “Nasiriyyə” yatağının işlənməsi layihəsi üzrə Çin Milli Neft Korporasiyası (CNPC) və İraq hökuməti ilə apardığı danışıqları dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin rəhbəri Vahid Ələkbərov müsahibəsində bunu danışıqlardakı çətinliklərlə əlaqələndirib.

Onun sözlərinə görə, bir neçə məsələ üzrə fikir ayrılıqları yaranıb: “Hər iki şirkət layihədə operator olmaq istəyir və heç bir güzəştə getmək niyyətində deyil. Eyni zamanda, layihənin idarə edilməsi ilə bağlı şirkətlər ortaq məxrəcə gələ bilmir. Bununla əlaqədar “LUKoil” CNPC ilə danışıqları dayandırmağı qərarlaşdırıb”.

V.Ələkbərov həmçinin qeyd edib ki, Çin tərəfi ilə qarşılıqlı anlaşma əldə olunmamaqla yanaşı, İraq hökuməti də “LUKoil” şirkətinə qarşı sərt tələblər qoyub: “Buna görə də layihə üzrə danışıqlar bizi məyus edib”.

Son xəbərlər

Orphus sistemi