Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın İrana qarşı sanksiyalarından ən çox İraq əziyyət çəkəcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq Neft Nazirliyinin nümayəndəsi Asem Cihad məlumat verib.
"Bu sanksiyalardan ən çox İraq əziyyət çəkəcək. Çünki İraq, əsasən, İranın qaz və elektrik enerjisinə bel bağlayır və onların dayandırılması nə hazırda, nə də yaxın gələcəkdə alternativ variantın olmayacağı deməkdir", - A.Cihad deyib.
Onun bildirdiyinə görə, ölkələr neft bazarında balansın idarə olunması üçün digər müqavilələr istiqamətində hərəkət etmək məqsədilə qüvvələrini birləşdirməlidirlər.
"6 ayda hasilatın 1,2 milyon barel azaldılması ilə bağlı OPEC-in toplantısıdakı son razılaşma neft bazarını idarə etmək üçün həll yollarından biridir. Müvafiq olaraq, İraq hər hansı bir dövlətin blokadaya salınmasından fayda qazanmağı düşünmür və bu fikirdən çox uzaqdır", - A.Cihad əlavə edib.
Qeyd edək ki, ötən il noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları qüvvəyə minib. ABŞ