Feminist neft kəmərinin tikintisinə qarşı etirazlara qoşularaq “Citibank”ı boykot etməyə çağırıb

Feminist neft kəmərinin tikintisinə qarşı etirazlara qoşularaq “Citibank”ı boykot etməyə çağırıb Hər kəsin bankla əməkdaşlığı dayandırmasının zərurəti vurğulanıb
Energetika
8 Dekabr , 2016 16:07
Feminist neft kəmərinin tikintisinə qarşı etirazlara qoşularaq “Citibank”ı boykot etməyə çağırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Feminist Qloriya Steynem (Gloria Steinem) “Citibank”ın Manhettendəki ən böyük filialı yaxınlığında kiçik etirazçı qrupuna qoşularaq kreditorun ziddiyyətli “Dakota Access” neft kəmərinə sərmayə qoymasına etiraz edib və xalqı vəsaitlərini maliyyə nəhənginin hesablarından çıxarmağa çağırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ-ın Ordu Mühəndislər Korpusunun boru kəmərinin inşasına icazə verməməsindən iki gün sonra "53rd Street" küçəsində və "Park Avenue" kompleksinin qarşısında çıxış edib.

"Ms." jurnalının təsisçisi və “Upper East Side” (yuxarı təbəqənin yaşadığı bölgə) sakini, Hillari Klintonun tərəfdarı deyib ki, seçkilərin nəticəsi digər növ siyasi hərəkətin qarşısını almır: "Bunu insanlara çatdırmaq niyyətindəyik. İstəyirki ki, onlar öz vəsaitlərini bu bankdakı hesablardan çıxarsın".

Steynem əlavə edib ki, Siu qəbiləsi boru kəmərinin onların məzarlıqlarını və içməli su mənbələrini çirkləndirəcəyindən ehtiyat edirlər.

Fəal “Citibank”ın ətrafındakı insanların sayının az olduğunu bildirsə də, hərəkatın hələ yeni başladığını vurğulayıb.

Feminist kinorejissor Aqunda Okeyo hər kəsin Bankla əməkdaşlığı dayandırmasının zərurətini vurğulayıb.

Qeyd edək ki, fəallar neçə aydır gölün dibindən, “Standing Rock Sioux” (Standinq Rok Siu) rezervasiyasının yaxınlığında 3,8 mlrd. dollarlıq “Dakota Access” boru kəmərinin tikintisinə etiraz edir və layihənin su ehtiyatlarına, eləcə də yerli amerikalıların müqəddəs hesab etdikləri yerlərə təhlükə törətdiyini bildirirlər. “Energy Transfer Partners LP” şirkəti tərəfindən həyata keçirilən 1 885 km uzunluğundakı kəmərin yalnız Missuri çayında yaradılmış su anbarı olan Oahe gölünün dibindən çəkilməsi planlaşdırılan qismi istisna olmaqla böyük hissəsi tamamlanıb.

Son xəbərlər

Orphus sistemi