Bu ilin I rübü üzrə AÇG blokunda hasilatın həcmi açıqlanıb

Bu ilin I rübü üzrə AÇG blokunda hasilatın həcmi açıqlanıb Bu yataqlar blokunda rüblük hasilat 7,1 mln. tondan artıq olub
Energetika
10 May , 2017 11:46
Bu ilin I rübü üzrə AÇG blokunda hasilatın həcmi açıqlanıb

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündəlik hasilat orta hesabla 581 min barel və ya ümumilikdə 52 mln. bareldən artıq, yəni 7,1 mln. tondan artıq olub.

“Report” xəbər verir ki, bu barədə AÇG blokunun əməliyyatçısı olan “BP Exploration (Caspian Sea) Ltd.” şirkətinin məlumatında qeyd edilib.

Bu ilin I rübündə AÇG-dən hasilat ötən ilin analoji dövrü ilə müqayisədə 11% azalıb.

“Rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birinci üç ay ərzində gündəlik “Çıraq” platformasından 55 min, “Mərkəzi Azəri” platformasından 124 min, “Qərbi Azəri” platformasından 112 min, “Şərqi Azəri” platformasından 75 min, “Dərinsulu Günəşli” platformasından 121 min və “Qərbi Çıraq” platformasından 94 min barel olmaqla hasilat gündə orta hesabla 581 min barel və ya ümumilikdə 52 mln. bareldən artıq, yəni 7,1 mln. tondan artıq təşkil edib. Rübün sonunda AÇG-də ümumilikdə 107 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub”, - deyə məlumatda qeyd olunub. 

Bu ilin ilk 3 ayı ərzində AÇG-də 5 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.

Son xəbərlər

Orphus sistemi