Bakı. 11 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,54% yaxud 1,71 dollar ucuzlaşaraq 48,29 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 3,79% və ya 2,14 dollar ucuzlaşaraq 56,39 dollara olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı təxmin edilir.