Baş katib: "Rumıniya Azərbaycandan neft almaqda maraqlıdır"

Baş katib: "Rumıniya Azərbaycandan neft almaqda maraqlıdır" Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan və Rumıniya arasında siyasi və iqtisadi əlaqələr 26 ildən çox müddətdə ən yüksək səviyyədə inkişaf edib və ikitərəfli əlaqələr ildən ilə daha da genişlənir.
Energetika
13 Mart , 2018 12:51
Baş katib: Rumıniya Azərbaycandan neft almaqda maraqlıdır
Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycan və Rumıniya arasında siyasi və iqtisadi əlaqələr 26 ildən çox müddətdə ən yüksək səviyyədə inkişaf edib və ikitərəfli əlaqələr ildən ilə daha da genişlənir".

"Report" xəbər verir ki, bunu TRASEKA Hökumətlərarası Komissiyasının baş katibi Mirça Çepraqa (Rumıniya) Bakıda ATƏT-in Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında deyib.

“İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda çıxış edən baş katib vurğulayıb ki, bu əməkdaşlıq həmçinin İpək Yolu və TRASEKA vasitəsilə inkişaf edəcək.

M.Çepraqanın sözlərinə görə, Rumıniya Azərbaycandan neft almaqda maraqlıdır. Bundan başqa, rəsmi Buxarest Azərbaycan qazının Avropaya tədarükü üzrə ticarət infrastrukturunun əsas oyunçulardan biridir.

Son xəbərlər

Orphus sistemi