Bakı-Ceyhan kəməri ilə yanvarda 2,3 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı-Ceyhan kəməri ilə yanvarda 2,3 mln. ton Azərbaycan nefti nəql olunub Həmçinin, BTC kəməri ilə 359 min ton Türkmənistan və Qazaxıstan nefti nəql edilib
Energetika
4 Fevral , 2016 16:15
Bakı-Ceyhan kəməri ilə yanvarda 2,3 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. 4 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 288 590 ton Azərbaycan nefti nəql olunub. "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvarından 7% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il fevralın 1-nə qədər BTC-yə 294 963 979 ton neft vurulub. 

Bundan başqa, bu ilin yanvar ayında BTC kəməri ilə 358 533 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları isə BP (30,10%), AzBTC (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "Inpex" (2,50%), CİECO (2,50%) və ONGC (2,36%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi