“Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzi, ümumiyyətlə, qazlaşdırılmayıb”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (
Onun sözlərinə görə, Mərkəzin yanından “Azəriqaz”ın qaz xətti keçmir: “Orada, ümumiyyətlə, “Azəriqaz”ın yeraltı qaz xətti yoxdur. Bu gün ərazidən kənarda bir yeraltı qaz xətti var ki, o da təşkilatlardan birinə gedən xətdir”
C.Səfərov bildirib ki, hazırda “Azəriqaz” əməkdaşları yaxınlıqdan keçən qaz xətlərindən sızma ehtimalını yoxlamaq üçün əraziyə cəlb edilib: “Onlar ərazidə qaz sızmasının olub-olmamasını hüquq-mühafizə orqanları ilə birlikdə araşdırırlar. İstənilən halda, həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”.
Xatırladaq ki, bu gün saat 10:15 radələrində Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində partlayış baş verib.