“Azəriqaz”: Uşaq İnkişaf Mərkəzinin yanından qaz xətti keçmir

“Azəriqaz”: Uşaq İnkişaf Mərkəzinin yanından qaz xətti keçmir
Energetika
16 Dekabr , 2019 16:38
“Azəriqaz”: Uşaq İnkişaf Mərkəzinin yanından qaz xətti keçmir
Azəriqaz / Report

“Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzi, ümumiyyətlə, qazlaşdırılmayıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, Mərkəzin yanından “Azəriqaz”ın qaz xətti keçmir: “Orada, ümumiyyətlə, “Azəriqaz”ın yeraltı qaz xətti yoxdur. Bu gün ərazidən kənarda bir yeraltı qaz xətti var ki, o da təşkilatlardan birinə gedən xətdir”

C.Səfərov bildirib ki, hazırda “Azəriqaz” əməkdaşları yaxınlıqdan keçən qaz xətlərindən sızma ehtimalını yoxlamaq üçün əraziyə cəlb edilib: “Onlar ərazidə qaz sızmasının olub-olmamasını hüquq-mühafizə orqanları ilə birlikdə araşdırırlar. İstənilən halda, həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”.

Xatırladaq ki, bu gün saat 10:15 radələrində Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində partlayış baş verib.