"Acona Holding" şirkəti Bakı ofisini bağlayır

"Acona Holding" şirkəti Bakı ofisini bağlayır Norveçin “Acona Holding”i Azərbaycan bazarını tərk edir
Energetika
29 Mart , 2017 09:23
Acona Holding şirkəti Bakı ofisini bağlayır

Bakı. 29 mart. REPORT.AZ/ Norveçin “Acona Holding” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, debitorlar və kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ("Caspian Plaza", III korpus) ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Acona Holding” Azərbaycan bazarına 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyəti neft-qaz sektorunu əhatə edir.

Son xəbərlər

Orphus sistemi