Azərbaycanda 895 mln. manat dəyərində neft məhsulları istehsal olunub

Azərbaycanda 895 mln. manat dəyərində neft məhsulları istehsal olunub Bu ilin dörd ayında 413,9 min ton avtomobil benzini istehsal edilib
Energetika
17 May , 2017 18:35
Azərbaycanda 895 mln. manat dəyərində neft məhsulları istehsal olunub
Report

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 895,3 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 7,9% azdır.

Bu ilin dörd ayında 413,9 min ton avtomobil benzini istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% çoxdur. Mayın 1-nə 48,3 min ton avtomobil benzini ehtiyatı qalıb.

Hesabat dövründə 68,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 199,8 min ton ağ neft, 625,5 min ton dizel yanacağı, 230,5 min ton yanacaq mazutu, 7,3 min ton sürtkü yağları, 40,9 min ton neft bitumu, 60,4 min ton neft koksu istehsal olunub.

Neft məhsullarından ağ neftin istehsalı 8,2%, dizel yanacağının istehsalı 19,4%, yanacaq mazutunun istehsalı 35,2%, azalıb. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 14,1%, sürtkü yağlarının istehsalında 3,5 dəfə, neft bitumunun istehsalında 35,4% və neft koksunun istehsalında 37% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi